Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikaları arasında münasibətlərin tarixi kökləri çox qədimdir. Bu iki dövlət eyni mədəniyyətə, tarixi kökə, qədim tarixi münasibətlərə, adət-ənənələrə malikdirlər. Eyni zamanda bu xalqları din və dil birləşdirir. Azərbaycan ilə Qırğızıstan respublikaları arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildən əsası qoyulmuşdur. 1996-cı ildə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında , 1998-ci ildə Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır. İki tərəfli münasibətlərin genişlənməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Prezident İlham Əliyev oktyabrın 11-də Qırğızıstan Respublikasına rəsmi səfər etdi. Prezidentin Qırğızıstana səfəri istər iqtisadi , istər diplomatik , eyni zamanda Türk Dövlətləri Təşkilatının inkişafına yönələn addım kimi qiymətləndirə bilərik. Azərbaycan dövləti bölgədə dayanıqlı sülhün olmasına öz töhfəsini verir.Eyni zamanda Türk Dövlətləri Təşkilatı üzvü olan Qırğızıstana diqqət ayırması müəyyən rəmzi məna daşıyır.Rusiya-Ukrayna müharibəsinin davam etməsi , Mərkəzi Asiya regionunun türk dövlətlərinin böyük güclərin marağında olması yeni inkişaf etməkdə olan TDT üzv olan ölkələrlə münasibətin genişlənməsinə ehtiyac var. Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində cənab Prezidentin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardı. İlk növbədə , hər iki dövlətin prezidentlərinin iştirakı ilə Birinci Dövlətlərarası Şuranın keçirilməsi , qərarların qəbulu olduqca əhəmiyyətlidir.İki ölkə arasında Birgə İnvestisiya Fondunun yaradılması iqtisadi sahənin inkişafına böyük töhfə verəcək.Ölkələrimiz arasında, həmçinin "Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum"unun imzalanması iqtisadi-ticarət münasibətlərini daha da gücləndirəcək. Cənab Prezident səfər zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb - Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı iki ölkə arasında dostluğun, mədəni əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.Prezident İlham Əliyev səfər zamanı Qırğızıstanın mənəvi zirvəsi olan "Ata Beyt" məzarlığını ziyarət edib. Cənab Prezident İlham Əliyev mətbuata çıxışında hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirmişdir.Qeyd etmişdir ki , Azərbaycan və Qırğızıstan Qoşulmama Hərəkatı , İslam Əməkdaşlıq Təşkilatı , ATƏT, BMT, ECO, Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman bir-birini dəstəkləyir. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov mətbuata açıqlamasında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən qeyd etdi ki , Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.Müvafiq Bəyannamə imzalandı.Bu tarixi xarakterli bir sənəddir və bu səviyyəyə hər iki ölkənin səyləri sayəsində çatmışıq. Prezident İlham Əliyevin Qırğızıstana səfəri hər iki ölkənin əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Yaşasın Türk birliyi!Rufiyə Bayramova,Xocalı rayon Cəmilli kənd tam orta məktəbin müəllimi